AZ

Çin və Cənubi Koreyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib

Bakı, 27 oktyabr, AZƏRTAC

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən oktyabrın 20-dən 26-dək Çinin 19 aparıcı turizm şirkətinin, eləcə də Cənubi Koreyanın 5 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində iştirakçılar Bakı şəhəri ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrinin turizm imkanları ilə tanış olublar.

Tanışlıq səfəri müddətində Azərbaycan və Çinin, həmçinin Azərbaycan və Cənubi Koreyanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunub və əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, 2025-ci ilin 9 ayı ərzində Çindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artımla 49 mindən çox ziyarətçi, Cənubi Koreyadan isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artımla 13 mindən çox ziyarətçi gəlib.

 

 

Seçilən
38
8
azertag.az

9Mənbələr