AZ

Sülh sazişinin imzalanma yeri və tarixi... - Ermənistan xarici işlər naziri

"Ermənistan və Azərbaycan hələlik sülh sazişinin imzalanma yeri və tarixi barədə qərar verməyiblər, amma İrəvan elə bu gün məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır".

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.

"İmzalanma üçün dəqiq tarix və ya yer yoxdur. Amma indi harada və nə vaxt imza atacağımızla bağlı məsləhətləşmələrə başlamağa hazırırıq. Ümid edirəm, yaxın gələcəkdə proseslər elə istiqamətdə inkişaf edəcək ki, biz sülhün institusionallaşması istiqamətində bu addımı da atacağıq", - o qeyd edib.

Ararat Mirzoyan əlavə əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh artıq bir reallıqdır və sazişin imzalanması sadəcə texniki məsələ ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
68
2
olaylar.az

3Mənbələr