HƏMAS Qəzzanı idarə etmək üçün texnokratik komitə yaratmaq barədə FƏTH Hərəkatı və digər Fələstin qrupları ilə razılığa gəlib.
Publika.az xəbər verir ki, bu barədə HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Hayya bəyanat yayıb.
Onun sözlərinə görə, komitə müvəqqətidir və bu komitə seçki təşkil etməli, Fələstin milli birlik hökuməti yaratmalıdır.
Əl-Hayya komitənin nə vaxt yaradılacağı ilə bağlı məlumat verməyib. O, Fələstin Dövləti qurulana qədər HƏMAS-ın silahı yerə qoymayacağını qeyd edib.