AZ

Güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsü açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanan layihələrin 99,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aiddir.

Fondun məlumatına görə, həmin dövr ərzində verilən güzəştli kredit məbləğinin isə 87,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

Xatırladaq ki, cari ilin ilk 9 ayında Fond tərəfindən 4590 layihəyə ümumilikdə 249,1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Seçilən
30
vergiler.az

1Mənbələr