AZ

Azərbaycanlı həkim Xəzərdə yoxa çıxdı – 1 aydır ki, ailəsi ondan xəbərsizdir – FOTOLAR

Azərbaycanlı həkim Tural Sultanov 1 aydır ki, itkin düşüb.

Bu barədə Musavat.com-a həkimin əmisiqızı, jurnalist Pərvanə Sultanova məlumat verib.

O bildirib ki, yaxın qohumunun 33 yaşı olub və “BUE CASPİAN LTD” şirkətinə məxsus gəmidə çalışıb. Turalın itkin düşməsi ilə bağlı xəbəri ailəsi gəmi Xəzər dənizində olarkən alıb:

“Əmimoğlu Kazan Tibb Universitetini bitirib, Almaniyada təhsil alıb. 4 xarici dildə danışırdı, çox savadlı idi. Əmimin özü də həkimdir. Gəmidə işləmək əmimoğlunun öz seçimi idi. Bir aydır ki, Turaldan ailəsi xəbər ala bilmir.

Əmimə bir ay bundan öncə dedilər ki, oğlu itkin düşüb. Bu müdətdə axtarışlar getdi, ancaq Turalın nə dirisi, nə də ölüsü tapıldı. İndi isə axtarışları dayandırıblar. Deyirlər ki, axtarış müddəti başa çatıb. Ailəsinin ən böyük istəyi Turalın ölüsünün və ya dirisinin tapılmasıdır. Hamının gözü yoldadır.

Onun itkin düşməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülər. Deyirlər ki, dənizdə çox dərinə üzüb gedib vəs. Halbuki o, üzgüçülüyü çox yaxşı bacarırdı və fırtınada da üzürdü. Deyilənə görə, itkin düşdüyü gün hava çox pis olub.

Onun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir. Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib, amma hələ də xəbər yoxdur”.

571754498_10234854601759802_4311176600300769802_n.jpg

571768033_10234854599839754_2303645110504456228_n.jpg

Şahanə Rəhimli
Musavat.com

Seçilən
61
6
musavat.com

7Mənbələr