AZ

Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələr keçirib

Bakı. Trend:

27 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasınınxarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasınınölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Ayşe BerrisEkincini qəbul edib.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəligələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlikməsələləri müzakirə olunub.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındamüttəfiqlik münasibətlərini təsbit edən tarixi Şuşa Bəyannaməsininmövcud qardaşlıq və dostluq əlaqələrimizin təcəssümü olduğubildirilib. Liderlərimizin təlimatı ilə çoxölçülü müttəfiqlikmünasibətlərimizin siyasi, təhlükəsizlik, iqtisadi, ticarət,enerji, nəqliyyat, kommunikasiyalar, mədəni-humanitar və s.aspektləri üzrə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətindəfəaliyyətin vacibliyi vurğulanıb.

Azərbaycan və Türkiyənin bütün beynəlxalq təşkilatlarda,xüsusilə də ailəmiz hesab olunan Türk Dövlətləri Təşkilatında birgəsəylərimizin təqdirəlayiq olduğu vurğulanıb, bu il Qəbələdəkeçirilmiş sammitin təşkilatın daha da gücləndirilməsinə xidmətedəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistannormallaşma prosesi və onun müxtəlif aspektləri, Vaşinqtonsammitindən irəli gələn məsələlər barədə ətraflıməlumatlandırıb.

Yaxın Şərqdə, Qəzza bölgəsində, Suriyada və Afrika ölkələrindəmövcud səylər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəflivə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni gündə, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasiməsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlərnazirinin müavini Samir Şərifov, Türkiyə nümayəndə heyətinə isəxarici işlər nazirinin müavini Ayşe Berris Ekinci rəhbərlikedib.

Məqalədə:
Seçilən
39
45
az.trend.az

7Mənbələr