Oktyabrın 21-də, biri Kanadadan olan ikişəxs Arizona ştatındakı Hamfris zirvəsindəymişlər.Onlar ildırım zamanı bəzi yaddaqalan şəkillər çəkməyə qərar veriblər.
Şəkil çəkərkən turistləri ildırım vurub.
Qurbanlar huşlarını itiriblər və təcili yardım xidmətlərinə özləri müraciət ediblər.
Xilasedicilər pis hava şəraitinə görə təyyarələri işə sala bilməyiblər və cığırla SUV-lərlə yola düşüblər.
Bir turist hərəkətsiz vəziyyətdə saxlanılıb və xərəkdə nəqliyyat vasitəsinə aparılıb. Daha sonra turistlər yerli xəstəxanaya aparılıblar.
Hər il ABŞ-da ildırım təxminən 20 nəfərin ölümünə səbəb olur.
Nazlı Almuradova