AZ

Vinisius və Lamin Yamal arasında qalmaqal “Gəl içəri, indi görərik!”

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”lə “Barselona” arasında baş tutan qarşılaşmasının son dəqiqələri gərgin anlara səhnə olub. 

Fanat.Az xəbər verir ki, görüşün final fitindən sonra futbolçular arasında insident yaşanıb.

Fabritsio Romanonun yaydığı məlumata görə, “Real Madrid”in qapıçısı Andriy Lunin ehtiyat oyunçular skamyasından “Barselona” futbolçularına “oturun aşağı” ifadəsini səsləndirdiyi üçün hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.

Qarşılaşmanın sonunda Vinisius Junior “Barselona”nın gənc ulduzu Lamin Yamala tərəf dönərək, “Sən çox danışırsan, indi danış!” – deyə qışqırıb. Gənc futbolçu isə dərhal cavab qaytarıb: “Gəl içəri, indi gedək, içəridə görərik!” – deyərək paltardəyişmə otağını göstərib.

Hadisəyə digər oyunçular da qarışıb. Dani Karvaxal Yamalın son günlərdə verdiyi bəyanatlara əl jestləri ilə cavab verib. Tibo Kurtua və Rafinya üz-üzə gəlib, “Barselona”nın ulduzu Rafinya Yamalı müdafiə edib.

Gərgin anları Kamavinqa və Frenki de Yong araya girərək sakitləşdirməyə çalışıblar. Romano əlavə edib ki, Vinisius, Yamalı daha əvvəl “Sən ancaq arxaya ötürmə edirsən” sözləri ilə təhqir edib.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

2Mənbələr