ain.az bildirir, Bakivaxti portalına istinadən.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytında Azərbaycanın gələn il cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcəyi barədə məqalə dərc olunub.
Bakıvaxtı.az xəbər verir ki, yazıda paytaxt Bakının 2026-cı ildə keçiriləcək mundialı qarşılşamağa hazırlaşdığı bildirilib.
Qeyd olunur ki, mundial hər il dünyanın ən güclü cüdoçularını bir araya gətirir: on dörd çəki dərəcəsində fərdi mübarizə aparılır, proqramın ən çox gözlənilən hissələrindən biri olan qarışıq komanda yarışı isə turnirə xüsusi rəng qatır.
2025-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatından sonra daha bir böyük cüdo mərkəzi – Bakı – dünyanın diqqət mərkəzində olacaq. Dünya səviyyəli cüdoçular yetişdirməsi ilə tanınan Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq. Bakı son olaraq 2018-ci ilin sentyabrında bu yarışa ev sahibliyi etmiş, həmin turnir möhtəşəm ab-havası və yüksək səviyyəli çıxışlarla yadda qalmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.