AZ

Qəzadan sonra dediklərinə görə üzr istədi

Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən “Range Rover”in sahibi üzr istəyib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq dediyi ifadələrin səhv anlaşıldığını bildirib:

“Hamının başına gələ bilər. Burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Valideynlərindən üzr istəyirəm. Hər şey Allaha məxsusdur. O rəhmətlik bilsə belə hadisə olacaq, o da, mən də bu yola çıxmazdıq. Mən o səviyyənin yiyəsi deyiləm. Mən elə bilirəm ki, qardaşımın, bacımın balasıdır. Biz kimdənsə nə artığıq, nə də əskik”.

Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra VAZ-21099-un sürücüsü Azər Abdullazadə həlak olub.

Hadisədən sonra müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.

 

Seçilən
19
12
konkret.az

10Mənbələr