AZ

XİN rəhbəri: İsrail Türkiyə hərbçilərinin Qəzzada olması ilə razılaşmayacaq

Türkiyə hərbçilərinin Qəzzada olması ilə razılaşmayacağıq.

News365.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Qəzzaya kontingetn göndərmək istəyən ölkələr İsrailə qarşı ədalətli olmalıdırlar, İsrailə qarşı düşmənçilik etməməlidirlər. 

"Ərdoğanın rəhbərlik etdiyi Türkiyə düşmənçilik mövqeyi tutub, təkcə sözdə deyil, həm də diplomatik və iqtisadi hərəkətlərdə. Onların qüvvələrinin Qəzzaya girməsinə icazə verməyimiz ağlabatan deyil və biz bunu amerikalı dostlarımıza da dedik”, - o qeyd edib.

Seçilən
7
8
news365.az

9Mənbələr