AZ

Boks üzrə Naxçıvan birinciliyinə start verilib

Boks üzrə Naxçıvan Muxtar Respublikası birinciliyinə start verilib.

"Report"un yerli bürosu xəbər verir ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan yarış yeniyetmələr, gənclər və böyüklər arasında keçirilir.

Bu gün start götürən çempionatda şəhər və rayon komandalarından ümumilikdə 70-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışın mükafatçıları oktyabrın 28-də bəlli olacaq.

Seçilən
23
2
90deqiqe.az

4Mənbələr