Mandarinlər və digər sitrus meyvələri xarici görünüşünü qorumaq üçün kimyəvi maddələrlə işlənir və bu maddələr çox miqdarda qəbul edildikdə sağlamlıq üçün təhlükəli ola bilər.
Azreform.info xəbər verir ki, bu barədə dietoloq Cenni Çişe "Mirror" nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, sitrus meyvələrinin qabığında göbələk əmələ gəlməsinin qarşısını almaq üçün tez-tez imazalil və tiabendazol kimi maddələrdən istifadə olunur. Bu kimyəvi maddələr qaraciyərə və endokrin sistemə təsir göstərə bilər. Bundan başqa, meyvələrin işlənməsində istifadə olunan digər maddələr də dəri qıcıqlanması, maddələr mübadiləsi pozğunluqları və nevroloji problemlər kimi xoşagəlməz simptomlara səbəb ola bilər.
O qeyd edib ki, bu maddələr az miqdarda zərərsizdir, lakin çox qəbul edildikdə təhlükə yaradır. Ən böyük risk mandarin qabığının yeyilməsi və ya ondan müxtəlif yeməklərin hazırlanması zamanı yaranır.
Dietoloq sağlamlığı qorumaq üçün meyvələri diqqətlə yumağı, qabıqdan istifadə edərkən isə onu fırça ilə əlavə təmizləməyi tövsiyə edib.
Həmidə İbrahimova