
Gecə acanda nə atışdırım deyirsinizsə — bu resept tam sizlikdir!Tərkibi:- Tam buğda çörəyi (dilimlənmiş) – 120 q (4 dilim) - Təmizlənmiş midiya – 200 q - Avokado – 150 q (qabığı və çəyirdəyi çıxarılmış) - Pomidor – 100 q - Sarımsaq – 10 q (2 diş) - Limon suyu – 15 q - Zeytun yağı – 5 q - Duz, qara istiot – zövqə görə - Təzə göyərti – zövqə görə Hazırlanması: Çörək dilimlərini 180°C-də sobada 5–7 dəqiqə qızardın ki, xırtıldayan qabıq əmələ gəlsin. Midiyaları duzlu suda təlimata uyğun bişirin (qaynadıqdan sonra 3–5 dəqiqə). Sudan süzün və soyuması üçün kənara qoyun. Avokadonu çəngəllə əzin, limon suyu əlavə edib duz və istiot vurun. Pomidoru xırda kub şəklində doğrayın. Sarımsağı xırdalayın. Soyumuş midiya, pomidor, sarımsaq və göyərtini qarışdırın. Qızardılmış çörəyin üzərinə avokado pastası çəkin, üstünə isə midiyalı qarışıq əlavə edin. Zeytun yağı ilə səpin və dərhal süfrəyə verin.100 qram üzrə qida dəyərləri Kalori – 128.4 Zülal – 7.1 g Yağ – 5.6 g Karbohidrat – 11.2 gUlusum.az
Diqqət Çəkənlər
Qazaxın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Giləmeyvəli qarğıdalı sıyığı
Deputat Əminə Ağazadə APA-nın iclasında Azərbaycanı təmsil edəcək