Xəbər verdiyimiz kimi, Abşeron rayonu Şəfəq qəsəbəsində, “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılaraq ölüb.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, K. Əbilova Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.
O, Riyaziyyat fakültəsində təhsil alırdı.
