AZ

Naxçıvanda uşaq bağçalarında musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 3 gün davam edəcək müsahibə mərhələsində namizədlərə ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir, onların musiqi alətində ifa etmək bacarığı da yoxlanılır.

Qeyd edək ki, müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər. Vakant yer üzrə yerləşdirmə mərhələsində müsahibədə toplanılan bal ardıcıllığına uyğun olaraq yerləşdirmə həyata keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
3
azertag.az

6Mənbələr