FIFA-nın texniki tədqiqat qrupunun rəhbəri və “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venqer La Liqanın 10-cu turunda “Real” – “Barselona” matçı (2:1) ilə bağlı fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “beIN Sports” ingilis futbolçunun dediklərini belə çatdırıb.
“Barselona”da müdafiədə İnyiqo Martinesin yoxluğu görünürdü — o, ən təcrübəli oyunçulardan biri hesab olunurdu. Mbappe qarşısında müdafiədə yetkinlik və təcrübə çatışmırdı. Rafinya və Levandovskisiz komandada həlledici anlarda lazımi qərarlılıq yox idi.
Xabi Alonso komandasını yaxşı balanslaşdırmışdı. Bəzi anlarda matç sanki kişilərlə uşaqların oyununa bənzəyirdi. Cude Belinqhemin ötürməsi xüsusi idi, lakin “Barselona”da həmin axşam matçı dəyişə biləcək oyunçu yox idi. Bu sinif, bu xüsusi keyfiyyət məhz qalibiyyəti təmin edir.