AZ

Monteneqro Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

Monteneqro Türkiyə vətəndaşları üçün qüvvədə olan vizasız rejimi dayandırmaq niyyətindədir.

Bunu Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.

“Təcili prosedur çərçivəsində Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar qəbul edəcəyik”, – deyə o bildirib.

Buna səbəb kimi son illərdə ölkədə Türkiyə vətəndaşları ilə bağlı zorakılıq hadisələrinin sayının artması göstərilir.

Qeyd edək ki, Türkiyə vətəndaşları Monteneqroda 90 gün vizasız qala bilirlər. Hazırda Monteneqroda 13 min 308 Türkiyə vətəndaşı yaşayır. Monteneqrodakı xarici müəssisələrin 28,3 faizi isə Türkiyə vətəndaşlarına məxsusdur.

MənbəAZƏRTAC
Seçilən
24
10
banker.az

10Mənbələr