AZ

“Tottenhem”in müdafiəçisi klubun tarixinə düşdü

Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərə Premyer Liqasının 9-cu turunda “Tottenhem” səfərdə “Everton”u 3:0 hesabı ilə məğlub edib. London təmsilçisinin qollarını Miki van de Ven (2) və Pape Matar Sarr vurub.

Fanat.Az xəbər verir ki, bu matç "Tottenhem"in futbolçusu Miki van de Ven üçün əlamətdar olub. 

Belə ki, təcrübəli müdafiəçi 2013-cü ildə “Liverpul”la görüşdə dubl edən Yan Vertongendən sonra “Tottenhem” forması ilə bir oyunda iki qol vuran ilk müdafiəçi olub.

Qeyd edək ki, London klubu növbəti turda doğma meydanda “Çelsi” ilə qarşılaşacaq.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
fanat.az

2Mənbələr