Naxçıvanda Muxtar Respublikasında minik və yük avtomobilləri toqquşub, bir nəfər ölüb.
BAKU.WS NTV-yə istinadən xəbər verir ki, hadisə Culfa rayonunun Camaldın kəndində qeydə alınıb.
Belə ki, KIA markalı minik avtomobili ilə DAF markalı yük maşını toqquşub. Nəticədə KIA-nın sürücüsü Gülnar Sakit qızı Nəcəfova hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.