Medicina saytından verilən məlumata görə, ain.az xəbər verir.
Son günlərdə dabaq xəstəliyi əhalini panika və qorxuya salıb.
Medicina.az xəbər verir ki, bu barədə pediatr Tərlan Əyyubov bildirib.
Həkim deyib ki, xarici ədəbiyyatlarda buna əl-ayaq xəstəliyi də deyilir:
"Dabaq xəstəliyi viruslar tərəfindən törədilir. Hamının bildiyi koksaki virusu ilə eyni qrupa, pikarno virus qrupuna aiddir. Bu viruslar xarici görünüşünə görə bir-birinə bənzəsələr də, fərqli viruslardır. Dabaq xəstəliyinə görə qorxmayın. Virus yanlız heyvandan-heyvana keçir. Cüt dırnaqlılara, iri və xırdabuynuzlu heyvanlara keçirlər. İnsan üçün təhlükəli deyil. Ona görə də bunu zoonozlara, yəni heyvandan insana keçən xəstəliklər qrupuna aid etmirlər. 1900-2000-ci illərdən bu yana cəmi 40 heyvandan insana yoluxma hadisəsi olub. Bu da özünü qrip simptomları ilə göstərib. Heç kim ağır xəstələnməyib".

Aygün
Medicina.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.