AZ

Ərdoğan və Britaniyanın Baş naziri qırıcı təyyarələrlə bağlı saziş imzaladılar

Prezident Ərdoğan Ankarada Britaniya Baş nazirini qəbul edib.

Liderlər Eurofighter qırıcı təyyarələrinin alınması və regional məsələləri müzakirə ediblər.Britaniya Baş naziri həmçinin KAAN qırıcı təyyarəsinə baxış keçirib.

Daha sonra prezident Ərdoğan və Britaniya Baş naziri Kir Starmer Eurofighter Typhoon qırıcı təyyarələri ilə bağlı ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıblar.

Geniş işgüzar nahardan sonra iki lider birgə mətbuat konfransı keçirəcəklər.

Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Güler, Prezident Administrasiyasının baş katibi Hakkı Susmaz, Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş, Kommunikasiya rəhbəri Burhanəddin Duran və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak edir.

 

AzPost.az

Seçilən
47
1
azpost.info

2Mənbələr