Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
İyulda gəldi, bir oyuna belə çıxmadı, ötən günlərdə komandadan ayrıldı. Söhbət “Zirə”dən ayrılan Vinsent Tilldən gedir.Luksemburqlu futbolçu komandaya gəldi, yaşıl meydan görmədən ayrıldı. Sağ cinah vingerinin “Sabah” karyerası da enişli-yoxuşlu keçmişdi. Zədələr imkan verməmişdi. Bəs niyə transfer olundu? Rəşad Sadıqov bu sualımızı belə cavablayıb:
“Hər bir futbolçunun gəlmək səbəbi heyəti gücləndirməkdi. Yoxladıq, problemi var idi. Bir məşq etdi, onda da zədələndi. Tez-tez zədələndi. Oturduq, danışdıq ki, uzunmüddətli müalicə almalıdı. Gələcəkdə qarşılaşa bilərik. Onu çox bəyənirəm”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.