AZ

COVID 19 qayıdır: Türkiyədə Frankenşteyn variantı aşkarlandı

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

COVID-19 pandemiyası qlobal miqyasda yenidən şiddətlənib.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"a danışan türkiyəli pulmonoloq Şevket Özkaya məlumat verib.

O, son həftələrdə ölkə daxilində tənəffüs yolları yoluxucu xəstəliklərdə əhəmiyyətli dərəcədə artım olduğunu bildirib. Həkim vətəndaşları diqqətli olmağa çağıraraq qeyd edib ki, qrip, COVID-19 və digər virusların eyni vaxtda baş qaldırması cəmiyyətdə "üçqat epidemiya" effekti yaradır.

Özkaya "Frankenşteyn" adlanan yeni COVID-19 ştamının Türkiyədə də müşahidə olunduğunu bildirərək, əlavə edib ki, hazırkı xəstələr arasında kritik və ya həyati təhlükə yaradan heç bir hal yoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
2
oxu.az

3Mənbələr