AZ

Norveçdə “Azerbaijan Winemakers Dinner” tədbiri keçirilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Stokholm, 27 oktyabr, Nərgiz Cəfərli, АZƏRTAC

Norveçin Oslo və Tonsberq şəhərlərində “Noras Wines” şirkətinin təşkilatçılığı ilə “Azerbaijan Winemakers Dinner” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, üç gün davam edən tədbir çərçivəsində Norveçdən olan 200-dən çox qonağa Azərbaycanın aparıcı istehsalçılarının 12 növ şərabı təqdim olunub. Qonaqlara Azərbaycanın qədim şərabçılıq ənənələri, ölkənin coğrafi və iqlim şəraitinin şərab istehsalına verdiyi unikal imkanlar, həmçinin Azərbaycanın zəngin mədəni irsi barədə ətraflı məlumat verilib.

Dequstasiya zamanı iştirakçılar Azərbaycan şərablarını yüksək qiymətləndirib, məhsullarda keyfiyyət və dad balansının olduğunu xüsusi vurğulayıblar. Tədbir iştirakçıları Azərbaycana səfər etməyə maraq göstərərək, ölkənin şərabçılıq regionlarını yerindəcə kəşf etməyi arzuladıqlarını bildiriblər.

“Azerbaijan Winemakers Dinner” tədbiri Azərbaycanın şərab mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması və iki ölkə arasında mədəni–qastronomik əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
3
azertag.az

4Mənbələr