"Report" xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.
Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahının iclasında müəyyən dövrdə uzaqmənzilli zərbələrin effektivliyi və əldə edilən uğurlar təhlil olunub.
"Rusiyanın neft emalı sənayesi müharibə səbəbindən artıq ciddi itkilər yaşayır və onlar itirməyə davam edəcəklər. Biz uzaqmənzilli imkanlarımızın coğrafi əhatə dairəsini genişləndirmək üçün hədəflər müəyyən etmişik", - Ukrayna lideri vurğulayıb.
O həmçinin silah istehsalçıları ilə müqavilələrin sayının artdığını da açıqlayıb. Zelenskinin sözlərinə görə, üç illik müddət istehsalçıya lazımi resursların istifadəsini daha yaxşı planlaşdırmağa və qoşunlara çatdırılmanı artırmağa imkan verir.
Bundan əlavə, qərargahın iclasında Rusiyanın Ukrayna infrastruktur və enerji obyektlərinə zərbələri müzakirə olunub.
5Mənbələr
-
7times.az“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir” – Zelenski ( 22850140)
-
cebheinfo.azZelenski: Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir ( 22836742)
-
demokrat.azZelenski: Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir ( 22835797)
-
bakivaxti.azZelenski: Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir ( 22835362)
-
azpolitika.info“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir” Zelenski ( 22835284)