AZ

Lekler “Ferrari”nin “Formula 1”də 50 dəfə ilk üçlüyə girən beşinci pilotu oldu

ain.az, Idman.biz saytına istinadən bildirir.

Meksika Qran-prisində ikinci yeri tutan 28 yaşlı monakolu “Ferrari” pilotu Şarl Lekler, “Skuderiya” tarixində “Formula-1”i 50 dəfə top-3-lükdə başa vuran beş pilotun sırasına qoşulub.

İdman.Biz-in məlumatına görə, İtaliya komandasının heyətində 50 və ya daha çox podiuma çıxan ilk beş “Ferrari” pilotunun siyahısı belədir:

1. Mixael Şumaxer - 116.

2. Sebastian Fettel - 55.

3. Rubens Barrikello - 55.

4. Kimi Raykkonen - 52.

5. Şarl Lekler - 50.

Lekler hazırda “Formula-1” pilotlarının reytinqində 210 xalla beşinci yerdədir.

Hazırkı lider 357 xal qazanan “McLaren”in pilotu Lando Norrisdir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr