525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin hazırkı dövlət başçısı Donald Tramp 2028-ci ildə keçiriləcək president seçkilərində yenidən namizəd olmaq istəyir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Asiya turu zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən yenidən namizədliyimi irəli sürməkdən məmnun olardım. Hazırkı sorğu nəticələrim əladır”, - deyə D.Tramp bildirib.
ABŞ Konstitusiyasına əsasən iki müddətlə məhdudlaşdırılan prezidentlik müddətinin uzadılması ilə bağlı suala cavabında o bildirib ki, hələ bu məsələni nəzərdən keçirməyib.
ABŞ lideri, həmçinin özündən başqa potensial namizədlərlə bağlı danışarkən Dövlət katibi Marko Rubio və vitse-prezident J.D.Vensin adını çəkib.
Tramp vitse-prezidentliyə namizəd olmaq ehtimalını isə yaxına buraxmadığını söyləyib.
ABŞ prezideni sağlamlığı ilə bağlı məlumat verərək, MRT nəticələrinin mükəmməl olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin hazırkı qanunvericiliyinə əsasən, Konstitusiyaya 22-ci düzəliş prezidentlərə iki müddətdən çox seçilməyə icazə vermir.
İbrahim Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.