AZ

Azərbaycan güləşçisindən bürünc medal Dünya çempionatı

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

Serbiyanın Novi-Sad şəhərində güləş üzrə gənclər arasında (U-23) dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) bu gün bürünc medal uğrunda görüşə çıxıb.

O, gürcüstanlı Tornike Samxaradzeyə tam üstünlüklə (13:2) qalib gələrək fəxri kürsüyə qalxıb..

Ali Tsokayev daha əvvəl italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmışdı.

65 kq-da güləşən Ayxan Abdullazadə ukraynalı Mikita Qonçarova 4:1 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazansa da, son görüşdə qırğızıstanlı Bilal Şərif Uuluya uduzub – 0:10.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
4
qol.az

6Mənbələr