AZ

"Neftçi"nin oyununa giriş pulsuz olacaq

Bakı. Trend:

Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçiriləcək"Neftçi" – MOİK matçına giriş pulsuz olacaq.

Trend xəbər verir ki, bubarədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Ödənişsiz biletləri yalnız "Neftçi"nin mobil tətbiqindən və yaklubun rəsmi saytından onlayn şəkildə əldə etmək olar.

Bunun üçün mobil tətbiqə və ya qeyd olunan sayta daxil olaraqqeydiyyatdan keçmək və hər qeydiyyat üçün "Forza" və VIP xaricbütün sektorlara 1 ədəd biletə sahib çıxmaq mümkündür.

Stadionun kassasında isə bilet satışı olmayacaq.

Qeyd edək ki, "Palms Sports Arena"dakı "Neftçi" – MOİK matçıoktyabrın 29-da, saat 19:00-da keçiriləcək.

Seçilən
18
16
az.trend.az

10Mənbələr