AZ

Litva müəyyən kateqoriyalı vətəndaşların Belarusla sərhədi keçməsinə icazə verməyə başlayıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Litva tərəfi müəyyən kateqoriya vətəndaşların Belarusla sərhəd keçid məntəqəsindən keçməsinə icazə verməyə başlayıb.

APA xəbər verir ki, bu barədə Belarus Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat verib.

"Litva mənbələri əlavə olaraq Belarusla sərhədi Medinkay sərhəd keçid məntəqəsindən keçməyə yeni məhdudiyyətlər barədə məlumat veriblər. Litva aşağıdakı kateqoriyalı şəxslərin sərhədin bu hissəsindən keçməsinə icazə vermək niyyətindədir: diplomatlar və ya Litva diplomatik poçtunu daşıyan şəxslər; Belarusdan Kalininqrad vilayətinə tranzitlə gələn səyahətçilər; Litva və Avropa İttifaqı vətəndaşları, onların ailə üzvləri və Litvada yaşayış icazəsi olan şəxslər. Belarus gömrüyü təsdiqləyir ki, bu kateqoriya vətəndaşlar Kamennı Loq sərhəd keçid məntəqəsindən saat 14:30-da keçməyə başlayıblar", - deyə məlumatda bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
apa.az

2Mənbələr