BAKI, 27 oktyabr. TELEQRAF
Rusiyanın "Lukoyl" neft şirkəti ona qoyulan məhdudiyyətlər səbəbindən xarici aktivlərini satmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, şikətin yaydığı məlumatda bildirilir:
“Bir sıra ölkələrin şirkətə və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar beynəlxalq aktivlərini satmaq niyyətində olduğumuzu elan edirik”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şirkət nümayəndələri artıq potensial alıcıların müraciətlərini qəbul etməyə başlayır.
Oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib.