Kiyev, 28 oktyabr, AZƏRTAC
“Donetsk vilayətinin Pokrovsk şəhəri rus ordusunun əsas hədəfidir. Rusiya ən çox qüvvəsini orada cəmləyib və şəhərdə döyüşlər davam edir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.
Zelenski hərbçilərlə Pokrovsk və qonşu rayonlardakı vəziyyəti müzakirə etdiyini bildirib.
“Pokrovsk işğalçıların hazırda əhəmiyyətli hücum fəaliyyətinə malik olduğu yerdir. Döyüşlər şəhərdə də davam edir” - deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, ordunun bu sahədə əldə etdiyi hər bir nailiyyət bütün Ukraynanın müdafiəsi üçün xeyirdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev