AZ

Kamerunda Biyanın yenidən prezident seçilməsinə qarşı etirazlar başlayıb

Konstitusiya Şurasının (KŞ) hazırkı prezident Paul Biyanı 12 oktyabr prezident seçkilərinin qalibi elan etməsindən bir neçə saat sonra Kamerunun bir neçə şəhərində iğtişaşlarla müşayiət olunan etirazlar başlayıb.

APA xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat verib.

Etirazçıların KŞ tərəfindən elan edilən səsvermənin nəticələrini qəbul etməkdən imtina etdiyi bildirilir.

Radiostansiyanın məlumatına görə, Duala polisi etirazçıları dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edib.

Təhlükəsizlik qüvvələri şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə müxalifət düşüncəli gənclər arasında qarşıdurmanın mərkəzinə çevrilən Yeni Bell rayonunu mühasirəyə alıb.

Rayon tamamilə mühasirəyə alınıb, polis nəzarət məntəqələri qurub və Yeni Belldən giriş-çıxışa məhdudiyyətlər qoyulub.

Qeyd edək ki, 26 oktyabrda Dualada hökumət əleyhinə nümayiş zamanı dörd nəfər həlak olub.

Seçilən
72
apa.az

1Mənbələr