AZ

Zəlzələ ilə bağlı Türkiyənin bütün aidiyyəti qurumları səfərbər edilib - YENİLƏNİB

İstanbul, 28 oktyabr, Günel Karatepe, AZƏRTAC

Türkiyədə baş verən zəlzələ başda İstanbul və Çanaqqala olmaqla Tekirdağ, Bursa, İzmir, Manisa kimi bir çox vilayətdə hiss edilib.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ ilə əlaqədar başda Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsi (AFAD) olmaqla ölkənin bütün aidiyyəti qurumlarının səfərbər edildiyini və əraziyə baxış işlərinə başlanıldığını bildirib.

Qeyd edək ki, AFAD-dan verilən açıqlamaya əsasən, Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda meydana gələn zəlzələnin ocağı yerin 5,99 kilometr dərinliyindədir.

00:02

Oktyabrın 27-i Türkiyənin Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) yayılan açıqlamaya əsasən, yeraltı təkanların episentri Balıkesirin Sındırqı rayonudur.

Yerli vaxtla saat 22:48-də meydana gələn zəlzələ başda İstanbul olmaqla bir çox bölgədə hiss edilib.

Seçilən
65
8
azertag.az

10Mənbələr