Azvision saytından alınan məlumata görə, ain.az bildirir.
- Sənaye nümayəndələrinin hesabatı və Müdafiə Nazirliyinin qiymətləndirmələri əsasında demək olar ki, bu, dünyada analoqu olmayan unikal silahdır. Bir çox beynəlxalq ekspertlər bu layihəni “tarixi baxımdan reallaşması çətin” adlandırmışdılar. Lakin sınaqlar göstərdi ki, Rusiya bu texnoloji məqsədə çatıb,- Putin birləşmiş qoşun qrupunun idarəetmə məntəqəsini ziyarət edərkən deyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, “Burevestnik” son sınaqlarda 14 min kilometr məsafəni problemsiz qət edib. Raket nüvə enerjisi ilə işləyən mühərriki sayəsində çox uzun məsafədə uçuş trayektoriyasını dəyişdirə və müdafiə sistemlərindən yayınma qabiliyyətinə malikdir. 
Ekspertlər hesab edirlər ki, “Burevestnik” layihəsinin uğurlu başa çatdırılması Rusiya üçün "strateji çəkindirmə siyasətində yeni mərhələ" açır. Bu, xüsusilə də Qərb ölkələrinin müdafiə strategiyalarına və NATO-nun nüvə balansına təsir göstərə bilər.Hərbi analitiklərin fikrincə, bu tip raketlər soyuq müharibə dövrünün silahlanma yarışına bənzər yeni texnoloji rəqabətin başlanğıcını göstərə bilər.“Əgər Rusiya bu sistemi döyüş növbətçiliyinə daxil edərsə, bu, qlobal strateji sabitliyə yeni çalar gətirəcək. ABŞ və müttəfiqləri də bu sahədə cavab texnologiyaları üzərində işləməli olacaqlar,” – deyə rusiyalı ekspertlər bildirirlər.

“Burevestnik”in əsas özəlliyi onun nüvə enerji mühərriki ilə təchiz olunmasıdır. Bu, raketə çox uzun müddət havada qalmaq və qeyri-proqnozlaşdırılan marşrut üzrə hədəfə yaxınlaşmaq imkanı verir. Məhəmmədəli Həsənli
AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.