Hatayın Samandağ rayonunda yüksək səslə musiqi dinləyən sürücü 10 min 260 lirə (500 AZN-ə yaxın) cərimələnib.
KONKRET.az-ın məlumatına görə, Samandağ RPŞ Yol-nəqliyyat Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı M.İ-nin idarə etdiyi avtomobil saxlanılıb.
Məmurlar sürücünü “yüksək musiqi dinlədiyi” üçün 10260 lirə cərimələyib.
Baxış zamanı M.İ.-nin sərxoş vəziyyətdə olduğu üçün sürücülük vəsiqəsi götürülüb.
Dəniz Pənahova
KONKRET.az
 
                        