“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe daha bir tarixi nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu XXI əsrdə ardıcıl 4 “El-Klasiko”da qol vuran üçüncü oyunçu olub.
Ondan əvvəl bu uğura yalnız Kriştianu Ronaldu və Ronaldinyo nail olmuşdu.
Mbappe bununla yanaşı, “Barselona”ya karyerasının 12-ci qolunu vurub. Son qarşılaşmada da fərqlənən ulduz futbolçu oyunun ən yaxşısı seçilib.
Bu mövsüm ərzində Mbappe artıq 8-ci dəfə bu ada layiq görülüb. Ümumilikdə isə fransalı hücumçu son 4 “El-Klasiko”da 6 qol vurmağı bacarıb.
Kamil Xudiyev