AZ

Böyük Britaniya ilə Türkiyə arasında “Eurofighter” döyüş təyyarələri ilə bağlı 8 milyardlıq müqavilə imzalanıb

ain.az, Azertag saytına istinadən bildirir.

London, 28 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer və müdafiə naziri Con Hili Ankaraya səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar aparıblar.

AZƏRTAC Dauninq Stritə istinadla xəbər verir ki, tərəflər arasında imzalanan 8 milyard funt sterlinq dəyərində müqavilə Türkiyəyə 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışını nəzərdə tutur. Bu, 2017-ci ildən bəri Böyük Britaniyada istehsal olunan “Typhoon” təyyarələri üzrə ilk yeni sifarişdir və son onilliklərin ən böyük döyüş təyyarəsi ixrac sövdələşməsi hesab olunur.

Razılaşmaya əsasən, ilk təyyarələrin 2030-cu ildə təhvil verilməsi planlaşdırılır. Müqavilə, həmçinin Böyük Britaniyada 20 minədək iş yerinin qorunmasına və NATO-nun təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
4
azertag.az

5Mənbələr