AZ

Türkiyədə zəlzələ dağıntılara səbəb olub

Türkiyənin qərbində 6,1 bal gücündə güclü zəlzələ baş verib. Dağıntı olub, ölənlərin sayı dəqiqləşdirilir.

QHT.az xəbər verir ki, zəlzələnin episentri Sındırı şəhərindən təxminən 10 km aralıda yerləşib. Güclü yeraltı təkanlar İstanbul, İzmir, Balıkesir və ölkənin bir sıra digər bölgələrində hiss olunub. Bir neçə şəhərdə binalar uçub, hazırda elektrik və su təchizatında fasilələr yaşanır. İnsanlar artçı zəlzələlərdən və əlavə dağıntılardan qorxaraq evlərini təxliyə edirlər. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

 

R.İmanov

Seçilən
67
qht.az

1Mənbələr