AZ

Bu antidepresanların daha ciddi yan təsirləri var - Xəbərdarlıq

Yeni araşdırma göstərib ki, bütün antidepresanlar fiziki təsirlər baxımından eyni deyil. Bəzi dərmanlar bədən çəkisində, ürək döyüntüsündə və qan təzyiqində ciddi dəyişikliklərə səbəb ola bilər, digərləri isə nisbətən zərərsiz hesab olunur.

Milli.Az xəbər verir ki, "The Lancet" tibb jurnalında dərc olunan araşdırmaya görə, bu fərqlər dərman növünə görə  dəyişir.

London King's College universitetindən Toby Pillinger bildirib:

"Fiziki yan təsirlərə gəldikdə, bütün antidepresanlar eyni deyil. Hansı dərmanların bu baxımdan daha təhlükəsiz olduğunu bilmək fərdiləşdirilmiş müalicə üçün böyük üstünlükdür" .

Tədqiqatçılar 151 elmi iş və ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 17 hesabatını təhlil ediblər.

Ümumilikdə 59 min nəfər səkkiz həftə ərzində ya antidepresan, ya da plasebo qəbul edib.

İncelənən 30 dərman arasında ən çox istifadə olunanlar bunlardır:

Sertralin, essitalopram, fluoksetin (SSRI qrupuna aid),

Mirtazapin, amitriptilin, maprotilin (digər tiplər).

Milli.Az

Seçilən
44
1
milli.az

10Mənbələr