BAKI, 28 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Yaponiya hökumətinin Amerika hərbi texnikası üçün iri həcmdə sifariş verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Yaponiya baş naziri Sanae Takaiti ilə görüşü zamanı bildirib.
“Bilirəm ki, Yaponiya hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir və biz sizdən çox böyük sayda yeni hərbi texnika üçün sifarişlər almışıq”, - Tramp qeyd edib.
ABŞ lideri həmçinin iki ölkə arasında ticarət sazişinin əhəmiyyətini vurğulayaraq onu “ədalətli və qarşılıqlı faydalı razılaşma” adlandırıb.
“Bu sifarişi və ümumilikdə ticarət münasibətlərimizi yüksək qiymətləndiririk. Yeni bir saziş üzərində çalışırıq və bu, həqiqətən ədalətli razılaşmadır”, Tramp əlavə edib.