
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
Reyting.az Türkiyə mətbuatına istinadla bildirir ki, ilkin məlumata görə, zəlzələdən ümumilikdə 22 nəfər zərər çəkib.
Balıkesir vilayətinin rəhbəri İsmail Ustaoğlu deyib ki, yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Onlardan 18 nəfəri evə buraxılıb, 4 nəfərinin müalicəsi xəstəxana şəraitində davam etdirilir.
Zəlzələ nəticəsində üç bina və bir mağazanın dağıldığı bildirilir.