Şərqi Afrikadakı Malavi Respublikasında quraqlıq aclıq təhlükəsi yaradıb. SİA xəbər verir ki, paytaxt da daxil olmaqla, ölkənin 28 əyalətindən 11-də fəlakət rejimi elan edilib. Bu barədə ölkə prezidenti Peter Mutarika açıqlama verib. Respublika lideri beynəlxalq ictimaiyyəti sakinlərə kömək etməyə çağırıb. Hökumətin hesablamalarına görə, ölkədə 4 milyon insan və ya ümumi əhalinin 22%-i aclıq təhlükəsi ilə üzləşib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta