AZ

Rusiya Türkiyəyə qaz ixracını 18 faiz artırıb

BAKI, 28 oktyabr. TELEQRAF

Rusiya 2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə boru kəmərləri vasitəsilə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıraraq təxminən 14,6 milyard kubmetrə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) açıqladığı göstəricilərə əsasən TASS tərəfindən hesablanıb.

Avqust ayında Türkiyə Rusiyadan “Türk axını” və “Mavi axın” qaz kəmərləri ilə ümumilikdə 1,84 milyard kubmetr qaz idxal edib.

Beləliklə, səkkiz ay ərzində Türkiyəyə ötürülən Rusiya qazının həcmi 14,6 milyard kubmetr, artım tempi isə 18 faiz təşkil edib. Məlumatda bildirilir ki, bu il ərzində mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü həyata keçirilməsə də, ümumi qaz idxalında artım 15 faiz olub.

2024-cü ilin yekunlarına əsasən, Rusiya Türkiyəyə boru kəməri ilə qaz ixracını 2,6 faiz artıraraq 21 milyard kubmetrdən çoxa çatdırmışdı. Ümumi qaz tədarükü, o cümlədən LNG də daxil olmaqla, 21,5 milyard kubmetr olmuşdu.

Seçilən
73
teleqraf.com

1Mənbələr