AZ

Yuventus un əfsanəsi: Problem məşqçidə deyil

ain.az, sport24.az portalına istinadən məlumat verir.

"Yuventus"un sabiq kapitanı Alessandro Del Pyero A Seriyasında "Latsio"ya məğlubiyyətdən (0:1) sonra Turin klubundakı vəziyyət barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Football Italia"ya açıqlama verib:

"Deməzdim ki, yaşananlar baş verənləri dəqiq təsvir edir. Problem məşqçidə deyil - daha dərindədir. Komanda bu mövsüm toparlanmaqda çətinlik çəkir. "Real" ilə görüşdə pis təsir bağışlamadılar. "Komo" ilə qarşılaşmada isə problem yaşadılar. Hər halda, fərqli bir məşqçinin rəhbərliyi altında bu komanda çətin ki, Skudettoya sahib çıxsın".

Qeyd edək ki, Turin klubu ötən gün baş məşqçi İqor Tudorla yolları ayırıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
sport24.az

1Mənbələr