AZ

Brabus zirehli Gelandewagen i satışa çıxardı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Məşhur "Brabus" avtomobil atelyesi özünün "Invicto Mission VR6" modelini satışa çıxarıb.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, o atelye tərəfindən "Mercedes-Benz G-Class" əsasında istehsal edilən zirehli maşınlar seriyasının bir hissəsidir. Avtomat silah atəşinə və qumbara partlayışlarına tab gətirə bilən nəqliyyat vasitəsi 2020-ci ildə yığılıb və cəmi 866 kilometr yol qət edib.

İstehsalçı onun qiymətini 712 min 800 avro olaraq müəyyən edib.

"Invicto Mission" 421 at gücünə malik səkkizsilindrli benzin mühərriki ilə təchiz olunub, yəni güc aqreqatı heç bir modifikasiyaya məruz qalmayıb. Bu mühərriklə avtomobil 100 km/saat sürətə 5.9 saniyəyə çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
3
oxu.az

4Mənbələr