AZ

Vilayət Eyvazov gənclərin növbəti sıra baxışını keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib. Nazir bildirib ki, seçim turunun digər mərhələlərindən də uğurla keçən gənclər daxili işlər orqanlarında xidmətə qəbul olunacaqlar.

DOĞRU.AZ

Seçilən
14
28
dogru.az

10Mənbələr