AZ

Ruslar milli mənsubiyyətini dəyişirlər

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, Rusiyanın müxalifət KİV-lərinin məlumatına görə, onlardan kimisi mühacirət, kimisi müavinət, kimisi də ailənin tarixi köklərini qorumaq üçün bu addımı atır. “Bu cür məhkəmə iddiaları üzrə 200-dən çox qərarın araşdırılması nəticəsində məhkəməyə ən çox müraciət edənlərin sənədlərində özlərini “rus” kimi göstərən, lakin bir neçə ildən sonra fikrini dəyişənlər olduğu müəyyənləşib. Onlar Rusiyadan köçürülə biləcək alman, yəhudi, bolqar, yunan, latış və ya polyak identikliyini seçməklə rus mənsubiyyətindən imtia edirlər”, - müxalif media vurğulayır. Ayrı bir kateqoriya kiçik yerli xalqların nümayəndələrindən ibarətdir: şorlar, çukçalar, evenklər, itelmenlər və başqaları. Onlar ən çox sənədlərindən rus, yakut və ya altay milli mənsubiyyətlərinin çıxarılmasını xahiş edirlər. Maraqlıdır ki, belə reallıq fonunda, cəmi üç halda ərizəçilər öz milli mənsubiyyətini rus indentikliyinə dəyişmək istəyib. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
azvision.az

3Mənbələr