
Venesuela hökuməti Trinidad və Tobaqo ilə mövcud qaz sazişlərini dayandırmaq qərarına gəlib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Bildirilir ki, bu addım, adanın sularına ABŞ hərbi gəmisinin – "USS Gravely"nin girməsi ilə əlaqədardır.
Venesuela rəhbərliyi Trinidad hökumətinin ABŞ gəmisinə icazə verməsini “düşməncəsinə hərəkət” kimi qiymətləndirib. Latın Amerikası ölkəsi hesab edir ki, enerji sahəsində mövcud ikitərəfli sazişlərin pozulması Trinidadı nəticə çıxarmağa vadar etməlidir.
Trinidad və Tobaqo baş naziri Kamla Persad-Bissessar isə bildirib ki, ölkəsi qərarını dəyişdirməyəcək. O vurğulayıb ki, Venesuelanın enerji sahəsindəki təzyiqi heç bir nəticə verməyəcək. Hökumət rəhbəri əlavə edib ki, mövcud sazişlərin pozulması onu narahat etmir. Trinidad ABŞ ilə birgə hərbi təlimlərdən imtina etməyi planlaşdırmır, çünki bu addım ölkənin daxili təhlükəsizliyini gücləndirir.